“Azerspace-1” peykinin sığorta dəyəri açıqlanıb

“Azerspace-1” peykinin sığorta dəyəri açıqlanıb
“Azerspace-1” telekommunikasiya peykinin dəyəri məlum olub.

Peykin bir illik orbitdə sığorta dəyəri 66,5 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, "Azərkosmos" “Azerspace-1” yanvarın telekommunikasiya peykinin bir illik orbitdə sığortalanması xidmətinin satın alınması üzrə yanvarın 9-da açıq tender elan edib. Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 6-sı, saat 17:00-a qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, ötən il “Azerspace-1” peykinin sığortalanmasını “Paşa Sığorta" ASC həyata keçirib.
Gundelik-Baku.Org