Leyla Abdullayeva: Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq ittihamı ilə həbs edilib

Leyla Abdullayeva: Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq ittihamı ilə həbs edilib
Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Azərbaycanda həbs olunub.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlmasında deyib.

“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib", - Azərbaycan səfiri Leyla Abdullayeva bildirib.

Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.

Martin Rayanın atası Riçard isə AFP-yə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.
Gundelik-Baku.Org