İstilik xətləri keyfiyyət parametrlərini itirib

İstilik xətləri keyfiyyət parametrlərini itirib
İstilik təchizatı sisteminin vəziyyəti rayon istilik qazanxalarından və "Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən çıxan ümumi uzunluğu 120 km-ə yaxın olan magistral istilik xətlərinin texniki vəziyyəti ilə bağlıdır. Belə ki, xətlər uzunmüddətli istismar nəticəsində keyfiyyət parametrlərini itirib, bəzi yerlərdə magistral xətlərin mühafizə zonasında tikinti işləri aparılmaqla istismarda çətinliklər yaranıb, bütün bunlar öz növbəsində effektivliyin aşağı düşməsi və əlavə itkilərə səbəb olub.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bundan əlavə, qeyd olunub ki, Bakı şəhərində 500-ə yaxın bina istilik mənbəyinin olmaması və binadaxili istilik sistemlərinin sıradan çıxması səbəbindən mərkəzi istilik sisteminə qoşulmayıb.
Gundelik-Baku.Org