Tarixin ən isti ili AÇIQLANDI

Tarixin ən isti ili AÇIQLANDI
Klimatoloq Aleksey Kokorin qlobal temperaturun nə vaxt rekord həddə çata biləcəyini deyib. 
Xarici KİV xəbər verir ki, Kokorin tarixin ən isti ilini 2025 və ya 2026-cı il olacağını güman edir.
"İstilər bir və ya üç il davam edəcək, demək mümkün deyil "deyə klimatoloq izah edib. Ancaq dünyada güclü bir vulkan püskürməsi baş verərsə, ən isti il gecikə bilər, çünki külün stratosferə daxil olması anti-istixana effektinə və qlobal soyutmaya səbəb olacaqdır. Mütəxəssis əlavə edib ki, okean cərəyanlarının faza dəyişmələrinin bəzi özəllikləri var. Məsələn, "La Niña" zamanı atmosferdən gələn istilik əhəmiyyətli dərəcədə okeana, "El Niño" zamanı isə okeandan atmosferə istilik ötürülür.
Ekspert əlavə edib ki, faza dəyişikliyi prosesinə 2023-cü ilin ikinci yarısında start veriləcək.
Gundelik-Baku.Org