Bu ölkədə anomal isti XƏBƏRDARLIĞI

Bu ölkədə anomal isti XƏBƏRDARLIĞI
Tailand Meteorologiya İdarəsi bu gün Banqkokun Banqna rayonunda, Çonburi əyalətindəki Laem Çabanqe və Phuketdə istilik indekslərinin 54 dərəcəni keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xarici media məlumatına görə, bu indeks nisbi rütubət havanın temperaturu ilə birləşdirildikdə havanın insan orqanizminə necə təsir etdiyini bildirir.
Meteorologiya İdarəsində qeyd edilib ki, bu cür istiyə uzun müddət məruz qalma istilik vurmasına səbəb ola bilər.
 
Gundelik-Baku.Org