Bu gündən istilik sisteminin verilməsinə başlanılır

Bu gündən istilik sisteminin verilməsinə başlanılır
Bu gündən ölkə ərazisində “Azəristiliktəchizat” ASC tərəfindən qurumun tabeliyində olan bütün obyektlərə istiliyin verilməsinə başlanılır.
Azərbaycanda istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub. Belə ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, Bakı şəhərində isə noyabrın 15-dən başlayır, aprelin 15-də başa çatır.
Xatırladaq ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə noyabrın 1-dən başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.
Gundelik-Baku.Org