Müdir maaşından şikayət edən işçisini məhkəməyə verdi

Müdir maaşından şikayət edən işçisini məhkəməyə verdi
Sumqayıtda uşaq bağçasının tərbiyəçisi məhkəməyə verilib.
Lent.az xəbər verir ki, söhbət 65 saylı körpələr evinin tərbiyəçisi Nəzərli Sevda Fikrət qızından gedir. Onun barəsində xüsusi ittiham qaydasında Sumqayıt şəhər Məhkəməsinə şikayət edilib. S. Nəzərli Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə ittiham olunur.
Şikayət isə həmin körpələr evinin müdirəsi Abbasova Günel Vidadi qızı tərəfindən verilib.
Qeyd edək ki, bir müddət əvvəl Sevda Nəzərli və bir neçə digər tərbiyəçi sosial şəbəkələrdə körpələr evinin rəhbərliyindən şikayət videosu yayıbar. Həmin videoda adı çəkilən şəxslər müraciət edərək, 2 ildir maaşlarını əskik aldıqlarını bildiriblər.
Gundelik-Baku.Org