Qətldə ittiham olunan sabiq icra başçısı AZADLIQDA

Qətldə ittiham olunan sabiq icra başçısı AZADLIQDA
Polşada saxlanılan Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev azadlığa buraxılıb.
Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilib ki, Polşanın Przemysl məhkəməsinin qərarı ilə o, həbsdən azad edilib.
Qeyd edək ki, E. Nuriyev bu il oktyabrın 2-də saxlanılıb. Onun barəsində Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və axtarış elan edilmişdi.
Gundelik-Baku.Org