"Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev Zəfər günü münasibətilə xalqımızı və Prezidentimizi təbrik etdi... - 2016-cı ildən dayandırdığımız qəzetçilik fəaliyyətimizi "Yeni Əkinçi" ilə davam etdirəcəyik...

"Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev Zəfər günü münasibətilə xalqımızı və Prezidentimizi təbrik etdi... - 2016-cı ildən dayandırdığımız qəzetçilik fəaliyyətimizi "Yeni Əkinçi" ilə davam etdirəcəyik...
Qarabağ veteranı Habil Vəliyevdən İsa Qəmbərə və Əli Kərimliyə tərs sillə...
Bu gün Azərbaycanda baş verən siyasi proseslərlə bağlı söz demək üçün siyasətçilərin bir mənəvi haqqı olmalıdır. 1993-cü ildə Surət Hüseynovun qabağından qaçıb orda-burda  gizlənənlərin bu gün danışmağa, söz deməyə mənəvi haqqı yoxdur. 
Bu gün ancaq və ancaq mənəvi haqqı olanlar danışa bilər. 
Amma təəssüf ki, bəzi çürük siyasətçilər Azərbaycanda inkişafda olan siyasətimiz haqqında mənfi fikir söyləyirlər. 
Onlar başa düşmürlər ki, Azərbaycana rəhbərlik edən şəxsin, Ali Baş Komandanımız İlham Əliyevin bu günləri ən uca zirvələri fəth etməsi, bizim zəbt olunmuş ərazilərimizin güclü ordumuz tərəfindən azad edilməsi, hətta ondan əvvəlki dədə-baba torpaqlarımızın azad olunaraq özümüzə qaytarılması, ancaq və ancaq fəxarət mənbəyidir. 
Biz dünyanın hər yerində fəxarət hissilə bildiririk ki, bizim ordumuz, bizim dövlətimiz, bizim cənab Prezidentimiz, bütün dövlət və hökumət nümayəndələrimiz hamılıqla birləşərək, xalqımızla bir olaraq, dəmir yumruq yaradaraq cənab Prezidentimizin sayəsində torpaqlarımızı azad etdik.
Bu gün bəzi adamlar özlərindən elə fikirlər uydururlar ki, mənasını heç özləri də başa düşə bilmirlər. Guya bunlar partiya sədrləridir, guya bunların sosial bazaları var. Axı, 5-6 nəfər qohum-əqrəbasını başına yığmaqla hansı partiyadan danışmaq olar? 
Bir vaxtlar ordudan yayınaraq, müharibənin qızğın vaxtında "Mən Prezidentin yanındayam" deyərək özünü müharibədən sığortalayan Əli Kərimli xalqın heysiyyatına toxunur. Bunlar özləri kimi bir neçə şəxsi başlarına toplayaraq ölkədə pozuçuluq işləri görmək istəyir. Ölkədə gedən quruculuq işləri bu iki cırtdan partiyanın sədrlərini nədənsə narahat edir. İsa Qənbər və Əli Kərimlini. Əvvəldən də elə Azərbaycanı çıxılmaz duruma qoyan, Azərbaycanı 1990-1992-ci illərdəki vəziyyətə gətirib çıxardanlar Əli Kərimli və İsa Qənbər cütlüyü olub. Yəni bu İsa Qənbəri də Əli Kərimlini də biz tələbə dövründən çox gözəl tanıyırıq. Onların hansı yuvanın sakini olduqlarını biz gözəl bilirik. 
Amma əsas məsələ ondan ibarətdir ki, bizim gördüyümüz və görəcəyimiz işlərin ətrafında, özəyində bizim özümüz dururuq. Amma 1992-1993-cü illərdə Əli Kərimli və İsa Qənbər cütlüyü bizə qarşı, bizim hökumətimizə qarşı, dövlətimizə, dövlətçiliyimizə qarşı xəyanət obrazı yaratmışdılar. Onlar dövlətimizə, dövlətçiliyimizə xəyanət edirdilər. Bunun nəticəsində Azərbaycanın əraziləri erməni qəsbkarları tərəfindən zəbt olundu. Biz indi əmin oluruq ki, o dövrlərdə Əli Kərimlilər, İsa Qənbərlər biz döyüşçülərə xəyanət ediblər. Onlar bəlkə də erməni serjlərlə, yəni həmin dövrdə hakimiyyətdə olan erməni qəsbkarları ilə əlaqədə olublar. Ona görə də bizim ətrafımızda, ordumuzda olan cəngavər qardaşlarımız onların sayəsində itkin düşdülər, əsir düşdülər, müharibədə şəhid oldular, qazi oldular. 
Bu məsələlərin əsas məğzi ondan ibarətdir ki, bu gün istər İsa Qənbər, istər Əli Kərimli, istərsə də başqaları başlarını aşağı dikib cənab Prezidentimizin uğurlarına sevinməlidirlər. İsa Qənbər və Əli Kərimli cütlüyü 5-6 nəfəri başlarına toplayaraq hansısa toplantı keçirirlər, özləri kimi partiya yoldaşlarını başlarına yığırlar, müəyyən çağırışlar edirlər.
Bunların etdiyi çağırışlar da özləri kimi belə çürümüş, saxta yəni heç bir əndazəyə sığmayan çağırışlardır. Guya bizim partiya liderimiz, bizim dövlət başçımız, bizim Prezidentimiz yəni dövlətimizin qələbə gününü özünün hakimiyyətə gələn gününə salır. 
Amma biz burada bir az dərindən düşünsək İsa Qənbərlərin, Əli Kərimlilərin sanki Azərbaycan vətəndaşları olmadıqlarını görürük. Biz istər Əli Kərimliyə, istərsə də İsa Qənbərə bildirmək istəyirik ki, siz də Azərbaycan vətəndaşısınız, siz də Azərbaycan adlı məmləkətimizin uğurlarına sevinməlisiniz. Bizim qələbəmizin hansı günə düşməsi, hansı gündə olması Allahın işidir. Necə olur ki, özünüzdə bir şey olanda deyirsiniz Allahın qədəridir. Bu böyüklükdə qələbəni siz başqa cür adlandırırsınız. Amma dövlətimizin uğurlu siyasətinin nəticələrinə sizdən fərqli olaraq bütün Azərbaycan vətəndaşları sevinir. Qələbə günümüzün hansı günə düşməsi, hansı gündə olması, necə olması bu dövlətimizin siyasətidir. Biz İsa Qənbər və Əli Kərimli cütlüyündən fərqli olaraq, hamılıqla bu siyasəti dəstəkləyirik.
Nə üçün bunlar ölkəmizin uğurlu siyasətinə bu qədər mənfi maraq göstərirlər. Axı bu haradan qaynaqlanır, Əli Kərimli və İsa Qənbər cütlüyü bu məsləyə nə üçün mənfi yanaşırlar?
Əli Kərimli və İsa Qənbər cütlüyü ölkəmizin uğurlarına sevinmək əvəzinə, nədənsə qəm dəryasına qərq olublar. Əli Kərimli ilə İsa Qənbər gərək cənab Prezidentimizin əlindən, ayağından öpəydilər ki, onların 1992-1993-cü illərdə buraxdıqları səhvləri, etdikləri böyük günahları bütövlükdə cənab Prezidentimiz ortalıqdan götürdü. Yəni vaxtilə İsa Qənbər və Əli Kərimli cütlüyünün yaratdıqları problemlər bizim üzərimizdə qalmadı. İsa Qənbər və Əli Kərimli cütlüyünün o dövrdə etdiyi səhvlər minlərlə Azərbaycan əsgərinin əsir götürülərək, şəhid olaraq nəşlərinin həmin ərazilərdə qalması  dövrün ən böyük problemlərindən biri idi. Bunlar düşünmürlər ki, 1-ci Qarabağ müharibəsi dövründə şəhid olmuş əsgərlərimizin nəşi hələ indi Azərbaycana gətirilir.
Biz nəinki indiki dövrdə olan hətta o dövrdə olan şəhidlərimizi, əsir düşmüş qardaş və bacılarımızı azad etdik. Bizim bu döyüşdən, bu müharibədən, bu mücadilədən qalib çıxmağımız nə üçün bu insanları sevindirmir, nə üçün bunları narahat edir?
Bəli, Əli Kərimli Bakı Dövlət Universitetinin hüquq fakultrəsini bitirib, bunların özünün ətraflarında özü yaşında olan bəzi havadarları da var. Mən gələn məqalədə həmin şəxslərin adlarını bir-bir açıqlayacağam. Dövlətimizin çörəyini yeyib, cənab Prezidentimizin siyasətini bəyənməyən şəxslərin bu dövlətdə vəzifə tutmağa heç bir haqqı yoxdur.
Ümumiyyətlə, bu gündən Əli Kərimli və İsa Qənbər cütlüyünün ətrafında olan adanmların fəaliyyəti yoxlanılmalıdır. Onlarla o dövrdə paralel oxuyan, onların dövründə tələbə olan şəxslərin fəaliyyəti tamamilə yoxlanılmalıdır. Bilinməlidir ki, bunlar kimə xidmət edir. Bunlardan hüquq fakultəsini bitirib, hüquq mühafizə orqanlarında çalışanları da var. Bəlkə Əli Kərimliyə bəzi xəbərlər verirlər, bəzi məlumatlar ötürürlər. Dövlət maraqlarını öz maraqlarından üstün tutan şəxslər, "bəlkə qaytardılar" xülyası ilə yaşayanlar bilməlidirlər ki, bu dövlətin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Əli Kərimlilər, İsa Qənbərlər bu təməldən bir çınqıl belə qopara bilməzlər. Çünki, Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Qalib Komandanımız İlham Əliyevdir.
Bu narahatçılıq, insanlığa sığmayan hərəkətlər bu cütlüyün ikisində də var. Bu gün onların hər biri sevinməkdən ki, bizim dövlətimiz qalibdir, biz qalib olaraq bütün dövlətlər qarşısında alnı açıq dayanırıq, biz qalib olaraq dünya dövlətləri sırasında söz demək hüququna malikik, amma bunlar gedib çağırış edirlər, bunlar toplantı keçirirlər, əleyhimizə işlər aparmaq istəyirlər. İsa Qənbər və Əli Kərimli cütlüyü az qalırlar ki, Yad Planetliləri köməyə çağırsınlar. Bir kəs çıxıb demir ki, ay İsa Qənbər, ay Əli Kərimli siz axı bu hərəkətlərlə Prezidentimizin siyasətinin əleyhinə danışmaqla nə demək istəyirsiniz? Axı, Surət Hüseynov sizi qarıxdıranda yer axtarırdınız girməyə. İndi ölkədə söz azadlığından sui istifadə edirsiniz.
Axı siz hansı siyasi bazadan danışırsınız? Sizin siyasi bazanızda qohum-əqrəbanızdan başqa heç kim təmsil olunmur. Baxın, heç uzağa getmirəm. Siz guya partiya sədrisiniz mən də müharibə veteranıyam, qəzet redaktoruyam. Gəlin ətrafımıza bir nəzər salaraq baxaq, görək ki, hansımızın sosial bazası daha böyükdür.
Biz fərdlər olaraq ətrafımızda olan bütün insanlarla bərabər ölkə başçımızın yanındayıq. Biz hər birimiz istənilən anda Prezidentimiz  cənab İlham Əliyevin, dövlətimizin yanındayıq. Biz bu qələbənin sevincini hər an yaşayırıq. 
Bunların bəzi addımları, bəzi hərəkətləri, ətrafında olan insanları orda-burda başlarına toplayaraq pozuçuluq işləri aparmaları, dövlətimizə qarşı mənfi qiymətləndirilməlidir.
Axı siz bu hərəkətlərinizlə nəyə nail ola bilərsiniz? Siz başa düşməlisiniz ki, cənab Prezidentimiz sizin əldən verdiyiniz Azərbaycan torpaqlarını, sizin zəbt etdirdiyiniz əraziləri onlara rəhbərlik edən erməni dostlarınızla birlikdə Bakıya gətirərək həbs etdilər.
Siz başa düşmürsünüz ki, bu hansı qələbədir? Siz başa düşmürsünüz ki, Serjin bu gün Ermənistanda da heç bir hörməti yoxdur. Bir müddət öncə, biz Serjin və onun ailəsinin haqqında tənqidi məqalələr dərc etmişdik. O dövrdə də yazılan məqalələr sizi və dostlarınızı çox narahat etmişdir. 
Yaxın günlərdə biz onların arxivini dərc edəcəyik. Hər hansı bir məsələ sizi narahat edirsə, biz sizinlə debata da çıxa bilərik. Mən sizin o dövrdə bütün addımlarınızı görmüşəm. Mən sizin o vaxtlar müharibədə iştirak edən qardaşlarımızın necə güdaza verilməsini görmüşəm. Mən sizin o dövrdə müstəqil Azərbaycanın büdcəsini necə talan etdiyinizi görmüşəm. Mən sizin Azərbaycan əsgərlərini mühasirədə qoyaraq heç bir kömək göndərmədiyiniz halları görmüşəm. Sizin ölkəmizdə bü günləri apardığınız pozuçuluq işləri bizim dövlətimizə, dövlətçiliyimizə, cənab Prezidentimizin gördüyü işlərə heç cür kölgə sala bilməz. Çünki siz öz dövrünüzün çürük siyasətçilərisiniz. Sizi müdafiə edən bəzi məmurlar da var ki, onlarda elə sizin kimi nanəciblərdir. Sizin kimi çörəyinə, rəhbərinə, liderinə naxələf çıxanlardır. 
Bilin və yaddaşlarınıza həkk edin mən artıq qayıtdım. 
2016-cı ildən Əli Kərimli və İsa Qənbər cütlüyünün havadarları tərəfindən dayandırdığım fəaliyyətimi artıq bu gündən bərpa edirəm. Bu gündən etibarən vəzifəsinin ranqından asılı olmayaraq, Əli Kərimli və İsa Qənbərlə əlaqələri olan hər bir kəsə qarşı açıq mübarizə aparacağam. Biz müharibə veteranları, biz qazilər, biz vətəndaşlar həmişə cənab Prezidentimizin siyasətini dəstəkləyirik. Amma Əli Kərimlilərin və İsa Qənbərlərin ölkəmizin uğurlarına sevinməmələri bizi hiddətləndirir. Ona görə istər İsa Qənbərlərə, istərsə də Əli Kərimlilərə bildiririk ki, yığışdırın bu yaramaz hərəkətlərinizi, dedi-qodularınızı. Ətrafınızda olan bəzi adamlara deyin ki, sizin bizə qarşı atdığınız addımların heç bir nəticəsi olmayacaq.
Biz cənab Prezidentimizə müraciət edərək bildiririk ki, hörmətli cənab Prezidentimiz, sizin daxili və xarici siyasətiniz xalqımız tərəfindən daim dəstəklənir, hər an müdafiə olunur. Biz hamılıqla cənab Prezidentimizin ətrafındayıq. Hüquq Mühafizə Orqanlarına səslənərək bildiririk ki, İsa Qənbərlərin və Əli Kərimlilərin özbaşına hərəkətlərinə öz münasibətlərinizi bildirin.
Bir məsələni də bildiririk ki, ölkəmizin Hüquq Mühafizə Orqanlarımız tərəfindən ayıq-sayıq müdafiə olunması bəzi qüvvələri narahat edir. Bu gözü götürməməzlik hansısa pozuçuluq işləri aparmaq Əli Kərimli və İsa Qənbərlərin xislətindədir. Ona görə də xahiş edirik ki, İsa Qənbər və Əli Kərimlinin son toplantıda etdikləri çıxışlar və çağırışlar Hüquq Mühafizə Orqanları tərəfindən araşdırılsın və onların hərəkətləri nəzarətə götürülsün.
Biz bu gün Zəfər Bayramı münasibətilə, bütün xalqımızı və Prezidentimizi təbrik edirik və hamılıqla cənab Prezidentimizin ətrafında sıx birləşdiyimizi bildiririk və İNŞALLAH bütün qələbələrimizdə cənab Prezidentimiz İlham Əliyevlə birgə olarıq.
Allah Ulu Öndərimizin ruhunu şad etsin.
"Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev


Gundelik-Baku.Org