“Azərbaycançılıq ideologiyası bizi bir çox bəlalardan hifz eləyir”

“Azərbaycançılıq ideologiyası bizi bir çox bəlalardan hifz eləyir”

Deputat: ""Heydər Əliyev İli" hər birimiz üçün hesabat ili olmalıdır"

“Ümummilli lider Heydər Əliyev daim Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun və onun məktəbinin davamçısının adı ilə bağlıdır”. Bu barədə Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Müsavat”a Heydər Əliyev ilinin özünəməxsusluğu barədə danışarkən bildirib. Deputat qeyd etdi ki, müasir Azərbaycan dövlətçiliyinin banisi, zəmanəmizin dühası, Ulu Öndər Heydər Əliyevin dünyaya gəlişinin bu il 100 ili tamam olur və bu böyük tarix Azərbaycan dövləti, xalqı üçün çox böyük əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilmişdir. Bu sərəncam Azərbaycan xalqının gözlədiyi bir sərəncam idi. Bu il çərçivəsində unudulmaz Heydər Əliyevlə bağlı həm ölkəmizin daxilində, həm də xaricdə çoxsaylı tədbirlər keçiriləcək. Çox sanballı tədbirlər planı hazırlanıb. Heydər Əliyev xilaskar idi. O, Azərbaycan dövlətini, dövlətçliliyini məhv olmaqdan xilas etdi, Azərbaycanı vətəndaş müharibəsi girdabından xilas elədi və Azərbaycanın sonrakı hərtərəfli inkişafının əsasını qoydu. Heydər Əliyevin misilsiz xidmətlərindən danışarkən onun azərbaycançılıq ideologiyasını dövlət təlimi səviyyəsinə qaldırmasını xüsusilə qeyd etmək lazımdır. Sözün həqiqi mənasında azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan bütün xalqları birləşdirən bir qüvvədir. Bu ideologiya əvvəllər də olub. Amma qeyd etdiyimiz kimi, dövlət təlimi səviyyəsinə məhz Ulu Öndər Heydər Əliyevin siyasəti sayəsində yüksəlib və ilk növbədə bu ideologiya özündə ana dilinə, dövlətə olan sevgini ifadə edir. Azərbaycançılıq ideologiyası milli mənəvi dəyərlərimizin qorunmasını özündə birləşdirən bir ideologiyadır. Eyni zamanda ümumbəşəri dəyərlərə hörmət edərək öz kimliyini, öz milli-mənəvi xüsusiyyətlərini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək qabiliyyətini özündə ehtiva eləyir. Çoxmillətli dövlət olan Azərbaycan üçün bu ideologiyanın mövcudluğu və inkişafı həm də Azərbaycana uzanan xəbis əllərin qarşısını alır. Çünki Azərbaycanda milli zəmində qarışıqlıq salmaq istəyən qüvvələr həmişə olub, bu gün də var. Ancaq Azərbaycançılıq ideologiyası sayəsində biz məhz Azərbaycan vətəndaşı olaraq, Azərbaycan dilinin daşıyısıcı olaraq birik, vəhdətik və bizi güclü eləyən amillərdən əsas amillərdən biri budur”.
Fayl:Elman Nəsirov.jpg — Vikipediya
Elman Nəsirov 
E.Nəsirov vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyası Azərbaycanın bu gününün və gələcəyinin təminatçısıdır: “Azərbaycançılıq ideologiyası bizi bir çox bəlalardan hifz eləyir. Ona görə də Heydər Əliyevin yüz illiyi münasibətilə Heydər Əliyev ilində dövlət qurumlarının, hökumət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutu təmsilçiləri, hər bir kəs xüsusi məsuliyyət hissini özündə hiss edir və etməlidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyi və xalqı qarşısında elə bir misilsiz addımlar atıb ki, onun 100 illiyini qeyd edərkən biz də düşünməliyik  ki, biz hansı dövr ərzində dövlətimizin inkişafına, dövlətçliyimizin möhkəmlənməsinə və cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsi naminə hansı töhfələr verə bilərik. Bax məsələyə həm də bu baxımdan yanaşmaq lazımdır. Bu mənada Ulu Öndər Heydər Əliyevin 100 illiyi hər birimiz üçün hesabat ili olmalıdır. Hər bir şəxs özünə hesabat verməlidir ki, bugünkü sabit və inkişaf eləyən bir dövlətdə yaşamağıma görə Ulu Öndər Heydər Əliyevə minnətdaram və xüsusilə bu ildə bəs mən nə eləyə bilərəm ki, dövlətimə, vətənimə faydalı olum, dövlətimin uğurlarında mənim də payım olsun. Məsələyə bu cür yanaşmaq daha düzgün olardı. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə qəlbində əbədi heykəl qoyub. Ulu Öndər Heydər Əliyevin 100 yaşını qeyd etməyimizin özü bir xoşbəxtlikdir. Heydər Əliyevin 200 illiyini 2123-cü ildə də Azərbaycan xalqı qeyd edəcək. Çünki Heydər Əliyevlə Azərbaycan xalqını bir-birindən ayrı tutmaq mümkün deyil. Xalq yaşadıqca o da yaşayacaq. Heydər Əliyevin Azərbaycanla bağlı bütün arzuları həyata keçib, keçir və keçəcək. Çünki Azərbaycan Heydər Əliyevdən sonra da əmin əllərdədir. Ulu Öndərin Azərbaycanın gələcəyi üçün böyük bir məktəb qoyub getməsi də onun misilsiz xidmətlərindəndir”.
Gundelik-Baku.Org