'UniBank'ın özbaşınalığı vətəndaşı ÇİLƏDƏN ÇIXARDI - BU NƏDİ BELƏ?

'UniBank'ın özbaşınalığı vətəndaşı ÇİLƏDƏN ÇIXARDI - BU NƏDİ BELƏ?
Artıq "UniBank"ın özbaşınalıqları elə bir həddə çatıb ki, bankın etdiklərini eşidəndə heyrətlənməyə bilmirsən... Vəziyyət o həddədir ki, müştəriləri də bu əməllərə adekvat reaksiya verir. Elə aşağıda təqdim etdiyimiz şikayətdə olduğu kimi...

""Unibank" müqavilə şərtlərini pozub, məcburi mənim adıma kredit xətti açdığına görə məhkəməyə vermək üçün hüquqşünas varmı?" DİA.AZ bildirir ki, bu açıqlama ilə "Hüquqşünaslar" qrupundakı paylaşımında Həmid Qafarov adlı istifadəçi çıxış edib.

Narazı vətəndaş daha sonra yazır:
Mənəvi təzminat 7500 manat... Mənim iştirakım olmadan hüquqşünas həll eləyə bilsə, məbləğ onundur.

Mənim müraciət etmədiyim halda, debet kartına ikinci dəfə artıq kredit xətti açılır. Ərizə yazıb imtina etdiyim halda birincisinden, bu gün daha çox məbləğdə kredit açılıb.

Əlavə:
Bankın mənimlə kredit verilməsi barədə heç bir müqavilə ve ya öhdəliyim yoxdur..."

'UniBank'ın özbaşınalığı vətəndaşı ÇİLƏDƏN ÇIXARDI
'UniBank'ın özbaşınalığı vətəndaşı ÇİLƏDƏN ÇIXARDI

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Gundelik-Baku.Org