Anar Amerikada bahalıqdan şikayətləndi: “Bakıda 100 dollara...”

Anar Amerikada bahalıqdan şikayətləndi: “Bakıda 100 dollara...”
Stilist və vizajist Anar Ağakişiyev türkiyəli pop ulduz Demet Akalınla ABŞ-a yollanıb.  
Anar Mayamidə yeməklərin bahalığından gileylənib. 
Səhər yeməyi üçün dəbdəbəli də deyil, sıradan bir kafelərin birinə üz tutan Ağakişiyev qayğanaqla bir şüşə meyvə suyuna nə az, nə çox, düz 89 dollar (təxminən 151 manat) pul ödədiyini bildirib. 
Stilist paylaşdığı videoda fikirlərini ifadə edib: "Bəzən deyirsiniz ki, Bakıda hər şey bahadır. Qaçıb, deyirsiniz ki, xaricdə yaşamaq yaxşıdır. Məncə, Bakını tərk etməyə gərək yoxdur. 100 dollara, yəni 170 manata Bakıda, İçərişəhərdə 50 nəfərə süfrə açmaq olar".



Gundelik-Baku.Org