Azad Şabanov onları susdurdu: "Şou göstərməyəndə deyirsiniz ki, sadəcə oxudu..." - VİDEO

Azad Şabanov onları susdurdu: "Şou göstərməyəndə deyirsiniz ki, sadəcə oxudu..." - VİDEO
Müğənni Azad Şabanov Xalq artisti Röya Ayxanın konsertini tənqid edənləri qınayıb.
O, sosial şəbəkə hesabında video paylaşaraq estrada ulduzunun 3 gün keçən konsertində yaşanan şounun Azərbaycanda bir ilk olduğunu qeyd edib:
"Röyanın o konsertində olmamısınız. O konserti siz sosial mediada paylaşılan qısa-qısa video parçalar şəklində izləmisiniz və xəbəriniz də yoxdur ki, orada nə olub. Ən vacib məsələ isə belə bir şou bizim müğənnilər arasında hələ indiyə kimi Azərbaycanda olmayıb. Arzum odur ki, bizim müğənnilər belə bir kosertlərlə öz aralarında rəqəbət aparsınlar. Röya sənə böyük əhsən!
Sonra Röyanın konserti ilə bağlı yazırlar ki, bu şou nəyə lazım idi? Şou lazım deyildi, Röya çıxıb sadəcə gərək mahnılarını oxuyardı. Bu fikir ola bilər. Mən heç nə demirəm. Amma mən indi yazılan neqativ şərhlərdən, lazımsız kəlmələrdən danışıram. Konsertdə müğənni şou göstərməyəndə deyirsiniz ki, sadəcə oxudu..."
Ətraflı videoda:
Gundelik-Baku.Org