Miri Yusifin oğlu birinci sinfə GETDİ – FOTO

Miri Yusifin oğlu birinci sinfə GETDİ – FOTO
Xalq artisti Miri Yusif ailəsi ilə bağlı diqqətçəkən paylaşım edib.  

Sənətçi kiçik oğlu Mir Cahidin birinci sinfə getdiyini yazaraq, övladları ilə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Xalq artisti paylaşımına “Mir Cahid 1-ci sinfə getdi. Yolları açıq olsun… Hörmətli valideynlər, övladlarımız fəxrimiz olsun və gözünüz aydın olsun, xoş istirahətlər” sözlərini yazıb. 
Qeyd edək ki, Miri Yusifin həyat yoldaşı Nərgiz xanım və üç övladı uzun müddətdir, Türkiyənin İzmir şəhərində yaşayır. Onlar pandemiya zamanı Vətəndən İzmirə köçüblər. 







Gundelik-Baku.Org