Nənələri ilə parkda gecələyən 4 azyaşlı sığınacağa YERLƏŞDİRİLDİ – VİDEO

Nənələri ilə parkda gecələyən 4 azyaşlı sığınacağa YERLƏŞDİRİLDİ – VİDEO
Xəbər verildiyi kimi, dünən gecə 4 azyaşlı uşağın onkoloji xəstə olan nənəsi ilə bərabər küçədə qalması ilə bağlı görüntülər yayılıb.  

Jurnalist Günya İman tərəfindən işıqlandırılan hadisəyə Daxili İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilib.  

Bu barədə DİN-in əməkdaşı Nurlan Əliyev məlumat verib.  

O, bildirib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.

1 nəfər müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlılar isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub.  
 

Gundelik-Baku.Org