Azərbaycanlı müğənninin anası vəfat etdi (FOTO)

Azərbaycanlı müğənninin anası vəfat etdi (FOTO)
Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün Miyak İsmayılovaya ağır itki üz verib. 

Sənətçinin anası dünyasını dəyişib. Bu haqda Aygün özü paylaşım edib. 


"Gözəl gözlü anam, səni çox sevirəm. Yolun işıq olsun. Əlbəttə, bir gün qovuşacağıq. Sənin üçün çox darıxacağam, Mənim anam olduğun üçün çox təşəkkür edirəm. Yolun nurla dolsun, mənim mələk anam" deyə, ifaçı paylaşımında yazıb. 

Aygün anasının uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb. 

Qeyd edək ki, A.İsmayılova "Yeni ulduz" yarışmasından məşhurlaşıb. O, daha sonra "O səs Türkiyə" yarışmasına qatılıb. Ailə qurduqdan sonra isə İstanbula köçərək orada yaşayır.   



Gundelik-Baku.Org