Baş ağrısının qeyri-müəyyən SƏBƏBİ

Baş ağrısının qeyri-müəyyən SƏBƏBİ
Reabilitasiya həkimi Sergey Aqapkin baş ağrısının qeyri-aşkar səbəbini açıqlayıb.
Xarici KİV xəbər verir ki, mütəxəssis həddindən artıq duz istehlakının bu xəstəliyə səbəb ola biləcəyini söyləyib.
Həkim bildirib ki, tez-tez baş ağrılarının səbəblərindən biri qida rasionunda duzun çox olmasıdır. Onun sözlərinə görə, az duzlu rasion baş ağrılarının tezliyini 30 faiz azaldır.
“Həddindən artıq maye bədənə daxil olur və o, bu artıq mayeni götürür və təhlükəsiz şəkildə onu boşaldır. Amma əgər insan çoxlu duz qəbul edərsə, qanın osmotik konsentrasiyası artır və bu, orqanizmdə su saxlamağa başlamasına gətirib çıxarır”, - həkim izah edib.
Nəticədə, həkimin qeyd etdiyi kimi, su bədəndən çıxarılmır, bu da qan damarlarının tıxanmasına və nəticədə baş ağrısına səbəb olur.
Gundelik-Baku.Org