Beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər ediblər

Beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər ediblər
Bu gün “Türkiyə Gəzginlər Klubu” dərnəyi - beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər ediblər.
“Report”un xəbərinə görə, səfər beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində baş tutub.
Qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, “Güllələnmiş heykəllər” kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər.
Gundelik-Baku.Org