ATƏT nümayəndələri Zəngəzurda Azərbaycanla sərhəddə getdi

ATƏT nümayəndələri Zəngəzurda Azərbaycanla sərhəddə getdi
ATƏT-in ehtiyacların qiymətləndirilməsi qrupu Zəngəzura səfər edib. 
Xarici KİV xəbər verir ki, oktyabrın 23-də edilən səfər zamanı nümayəndələr vilayət qubernatorluğunun rəsmiləri ilə görüşüb.
ATƏT nümayəndələri vəziyyətlə tanış olmaq üçün sərhəd qəsəbəsində olublar.
Qeyd edək ki, ATƏT-in missiyası İrəvanın rəsmi dəvəti ilə ona sədrlik edən Polşanın nümayəndəsi, polkovnik Robert Arkadiuş Tkaçikin rəhbərliyi altında Ermənistandadır.
Gundelik-Baku.Org