Bu gün Naxçıvan MR Ali Məclisi sədrinin müavini seçiləcək

Bu gün Naxçıvan MR Ali Məclisi sədrinin müavini seçiləcək
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçiriləcək.
Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.
Gundelik-Baku.Org