"Prokurorluğun müasir formada fəaliyyətinə görə Heydər Əliyevə minnətdarıq" - Kamran Əliyev

"Prokurorluğun müasir formada fəaliyyətinə görə Heydər Əliyevə minnətdarıq" - Kamran Əliyev
"Ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətinə daim diqqət yetirib".
Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, Heydər Əliyevin prokurorluq barədə məşhur çıxışları olub: “Heydər Əliyev çıxışlarında prokurorluğun mühüm dövlət müəssisəsi olduğunu qeyd edib. Prokurorluğun bu gün müasir formada fəaliyyətinə görə Heydər Əliyevə minnətdarıq. Hazırda prokurorluq Ulu öndərin müəyyən etdiyi siyasi kurs üzrə fəaliyyətini davam etdirir və daim dövlətə, dövlətçiliyə, xalqımıza qulluq edəcək”.
Gundelik-Baku.Org