33 prokurorluq işçisi məsuliyyətə cəlb edilib - Kamran Əliyev AÇIQLADI

33 prokurorluq işçisi məsuliyyətə cəlb edilib - Kamran Əliyev AÇIQLADI
2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib.
Bu barədə bu gün Baş Prokurorluğun geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.
Qeyd olunub ki, 2022-ci ildə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad olunub. Aparılmış xidməti araşdırmalarla aşkar edilmiş faktlar əsasında 2 prokurorluq işçisi barəsində cinayət işi başlanıb.
Bundan başqa, kadr məsələlərinə toxunan Baş prokuror 2022-ci ildə şəffaf prosedurlar əsasında həyata keçirilmiş müsabiqə nəticəsində 83 nəfərin işə qəbul edildiyini, 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbirinin tətbiq edildiyini vurğulanıb.
Həmçinin gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları məqsədilə ötən il ərzində Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunmuş, həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak edib.
Gundelik-Baku.Org