Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.
Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib,
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.
Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək.
Dekabrın 30-u və bayram günlərində: dekabrın 31-i, 2023-cü il yanvarın 1-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Gundelik-Baku.Org