Bakıda bu avtobusların hərəkəti müvəqqəti dəyişdirildi

Bakıda bu avtobusların hərəkəti müvəqqəti dəyişdirildi
Azərbaycan prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar İstiqlaliyyət, Şeyx Şamil, Bünyad Sərdarov və Lermontov küçələrində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulub.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qoyulan məhdudiyyətlər səbəbindən 6, 10, 18, 31, 53, 65, 205  nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar alternativ küçə və prospektlərdən istifadə edirlər.
Gundelik-Baku.Org