Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmi açıqlandı

Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmi açıqlandı
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan 17 fevral tarixinədək Türkiyəyə göndərilən humanitar yardımın həcmi açıqlanıb.
Bu barədə XİN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, humanitar yardıma 867 xilasetmə və tibbi personal, 2 ədəd mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri ləvazimat və məhsul, 302 034 isti geyim, 693 756 dərman və tibbi ləvazimat, 12 505 qızdırıcı və texniki avadanlıq, 21 367 000 AZN daxildir.
Göndərilən humanitar yardım 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb. 


Gundelik-Baku.Org