Nazpəri Dostəliyevanın evində bacısı Zeynəbin vida mərasimi keçirilir - FOTO

Nazpəri Dostəliyevanın evində bacısı Zeynəbin vida mərasimi keçirilir - FOTO
Müğənni Zeynəb Dostəliyeva ötən gün gecə saatlarında vəfat edib.
Hazırda sənətçinin bacısı Xalq artisti Nazpəri Dostəliyevanın evində mərhumla vida mərasimi keçirilir. Məclisdə Zeynəbin ailə üzvləri, yaxınları və tanınmış sənət dostları yer alıblar. 
Xatırladaq ki, Zeynəb Dostəliyeva fevralın 1-də təcili olaraq xəstəxanaya yerləşdirilib.
O, son bir neçə ildir böyrəklərindən və qaraciyərindən şikayətlənirmiş. Qripə yoluxduğundan səhhəti daha da ağırlaşmışdı. Bu barədə sənətçinin bacısı, Xalq artisti Nazpəri Dostəliyeva "Günün sədası" proqramında məlumat verib.



 
 
Gundelik-Baku.Org