Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib

Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib
“Hazırda professor Adil Qeybulla 1 saylı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevi müayinə edir”.
Bu barədə ictimai fəal Zaur Əkbər məlumat verib. Bildirilib ki, aclıq aksiyası keçirən B.Hacıyevin səhhətində problemlər yaranıb.
Qeyd edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunub və ötən il dekabrın 9-da barəsində 1 ay 20 gün həbs qəti imkan tədbiri seçilib. Bir neçə gün öncə isə B.Hacıyev barəsindəki həbs qəti imkan tədbirinin müddəti bir az uzadılıb.
Gundelik-Baku.Org