Bakıda azyaşlı motosikletlə maşın yoluna çıxdı

Bakıda azyaşlı motosikletlə maşın yoluna çıxdı
Bakıda avtomobillərin hərəkət etdiyi yolda azyaşlı uşaq motosiklet sürüb.
Bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Belə ki, hadisə Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində baş verib. Bu zaman balaca oğlan motosikletini avtomobil yolunda sürüb. Nəqliyyatın hərəkətinə açıq olan yolda digər maşınlar balacanın hərəkətinə müdaxilə etməyiblər. Daha sonra, bunu görən yaxınlıqdakı kişi uşağı yoldan kənarlaşdırmağa çalışıb. 


Gundelik-Baku.Org