Brilliant coşdu: “ Bu nə sözbazlıqdır?“

Brilliant coşdu: “ Bu nə sözbazlıqdır?“
“Bu nə söhbətdir? Biz rayonlular, o şəhərlilər?"
Bunu Xalq artisti Brilliant Dadaşova bildirib.
O, "Instagram"da hesabında həkim R. Mahmudovun açıqlamasını şərh edib.
Xalq artisti "bkılı-rayonlu" mübahisəsinə başlamış B. Bağırzadənin fikirlərinin təhrif olunduğu, alimin məsələyə doğru yanaşmadığını vurğulayıb:
"Bu söhbətləri kim təhrif edir? Bəhramın nə dediyini anlamadan bu nə sözbazlıqdır yayırsız? Bu ataya Bəhramın sözlərini kim tərsəməssəb anladıb?
Bakı hamımızın gözəl paytaxdı, canımızdır. Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdinin? Musa Nağıyevin? Yusif Dadaşovun damı? Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan və bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq. Həmçinin də ziyalılarımız”.
Xatırladaq ki, Rəşid Mahmudov B.Bağırzadənin açıqlamasını şərh edərkən bildirib: “Mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər”.
Gundelik-Baku.Org