Zaur efirdə danladığı operatorun könlünü aldı

Zaur efirdə danladığı operatorun könlünü aldı
Aparıcı Zaur Baxşəliyev ötən gün efirdə danladığı operatorla bağlı açıqlama verib. 
Bu barədə o, elə “Bizimləsən” proqramında danışıb. Zaur məhz həmin əməkdaşın yanına gedərək “Dünən arxadan göstərmisiz, heç kim üzünü görməyib, bütün sosial şəbəkə platformalarında paylaşılıb. Adam deyir, üzümü göstərərdiz, populyarlaşardım. Gəlirəm, yanına səni məşhurlaşdırmağa. Bu mənim Fəridim, ürəyimdir. Hər yerdə mənimlə fotosu çıxan Fəriddir”, - deyə bildirib. 
Daha sonra operator 12 ildir ATV-də çalışdığını, bu müddəti elə Zaurla birgə işlədiyini qeyd edib. Baxşəliyev isə Fəriddən həmin rəftarına görə pis olub-olmadığını soruşub. Əməkdaş normal şəkildə işinə davam etdiyini söyləyib. “Deyirlər, Fəridə psixoloji travma vermisən”, - deyə, aparıcı vurğulayıb. 
Qeyd edək ki, Baxşəliyev ötən günlərdə efirdə özündən çıxmış, bu zaman operatora sərt reaksiya verərək onu yönləndirmişdi. Aparıcının bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmamış, tənqid olunmuşdu.

Gundelik-Baku.Org