Xankəndində aksiya iştirakçılarının əhatə dairəsi niyə genişləndirilmir? - Millət vəkilindən cavab

Xankəndində aksiya iştirakçılarının əhatə dairəsi niyə genişləndirilmir? - Millət vəkilindən cavab

Bu məqamda Xankəndindən deputat olan Tural Gəncəliyev aksiyada iştirak etməli deyilmi?...

Millət vəkili: “Xankəndi-Laçın yolunda iştirak edənlərin sayı ədədi yox, həndəsi silsilədə arta bilər. Çünki bizim minlərlə gənclərimiz bu aksiyada iştirak etmək istəyir”.
“Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında nəinki Tural Gəncəliyev, bütün deputatlar iştirak edə bilərlər. Sadəcə olaraq, burada incə məqamlar var”.
Bu sözləri millət vəkili Elman Nəsirov Xankəndi-Laçın yolunda keçirilən etirazda aksiya iştirakçılarının əhatə dairəsinin genişləndirilməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.
Laçın yolunda keçirilən aksiya artıq 1 aydır ki, davam edir. Aksiya əsas hədəfinə, yəni faydalı qazıntı yataqlarının minitorinqinə şərait yaradılmasına nail olmasa da, geniş anlamda Laçın yoluna nəzarətin rəsmi Bakının əlinə keçməsində prosesi xeyli irəli apardı. Bəs aksiya iştirakçılarının əhatə dairəsi niyə genişləndirilmir? Xüsusilə də, bu məqamda Xankəndinin deputatı Tural Gəncəliyev aksiyada iştirak etməməsi barədə nə demək mümkündür?
Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Elman Nəsirov: “Əgər indi deputatlar, yaxud da rəsmi şəxslər etiraza qoşulsalar, bunu dövlətin siyasəti kimi təqdim edə bilərlər”.
Lazım gələn anda aksiya iştirakçılarının sayını artırmağın çətin məsələ olmadığını vurğulayan millət vəkili bildirib ki, Azərbaycan qarşı tərəfin atacağı addımları gözləyir:
“Əvvəla onu qeyd edim ki, dekabrın 12-dən başlayaraq Azərbaycanın ekofəalları, vətəndaş cəmiyyətlərinin təmsilçiləri Ermənistanın Qarabağda bizim təbii sərvətlərimizin talan edilməsi və ekoloji terror siyasətinə etiraz olaraq bu tədbirləri həyata keçirirlər. Artıq bir aydır ki, bu proses gedir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də yerli telekanallara müsahibəsində qeyd etdi ki, aksiyada iştirak edənlər bizim qəhrəmanlarımızdır və haqq işini müdafiə edirlər.
Artıq etiraz aksiyasının konkret nəticələri də var. Bildiyimiz kimi 20 ildən artıqdır ki, ərazidə bizim təbii sərvətlərimizi talan edən şirkət öz fəaliyyətini dayandırdı və bunu rəsmən elan etdi. Bu da aksiyanın uğuru kimi qiymətləndirilə bilər. Eyni zamanda etiraz aksiyası BMT Təhlükəsizlik Şurasına qədər gedib çıxdı və orada müzakirə edildi. Beləliklə də, bütün dünyanın bundan xəbəri oldu. Dünya əvvəl Ermənistanın təbliğat maşının yaydığı dezinformasiyalara görə çaş-baş qalmışdı.
Elman Nəsirov: “Etiraz aksiyasının əsas məqsədi odur ki, Xankəndində silah-sursat, mina, hərbi yüklər daşınmasın”.
Müxtəlif nüfuzlu kanallar belə Ermənistanın yalanının təbliğatını aparırdılar. Guya Azərbaycanın ekofəalları Xankəndinə gedən yolu blokadaya alıb və burada hümanitar fəlakət yaşana bilər. Sonra həqiqət üzə çıxdı və məlum oldu ki, burada heç bir hümanitar fəlakətdən söz gedə bilməz. Etiraz aksiyasının əsas məqsədi odur ki, Xankəndində silah-sursat, mina, hərbi yüklər daşınmasın. Hümanitar məqsədlər üçün isə yol açıqdır. Hətta bu günlərdə Qarabağda əsas erməni seperatçılarından biri olan Vardanyan da bunu etiraf etməli olub. Əsil reallıq da budur.

Xankəndi-Laçın yolunda iştirak edənlərin sayı ədədi yox, hədəsi silsilədə arta bilər. Çünki bizim minlərlə gənclərimiz bu aksiyada iştirak etmək istəyir. Sadəcə olaraq, indi aksiya iştirakçılarının sayının artırılmasına ehtiyac yoxdur. Lazım gələn anda aksiya iştirakçılarının sayını artırmaq çətin məsələ deyil. Azərbaycan qarşı tərəfin atacağı addımları gözləyir.
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında nəyinki Tural Gəncəliyev bütün deputatlar iştirak edə bilərlər. Sadəcə olaraq, burada incə məqamlar var. Bu bizim gənclərimizin etirazıdır. Əgər indi deputatlar, yaxud da rəsmi şəxslər etiraza qoşulanlar, bunu dövlətin siyasəti kimi təqdim edə bilərlər. Ermənistanın da əlinə bizi ittiham etmək üçün imkanlar düşərindi aksiya iştirakçılarının sayının artırılmasına ehtiyac yoxdur”.
Gundelik-Baku.Org