Sülhməramlılar Laçın yolundakı çadırları sökürlər

Sülhməramlılar Laçın yolundakı çadırları sökürlər
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur. 
AZƏRTAC xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir. 



Gundelik-Baku.Org