Aksiya iştirakçılarının yeni tələb irəli sürməsi anlaşılandır-Millət vəkili

Aksiya iştirakçılarının yeni tələb irəli sürməsi anlaşılandır-Millət vəkili
Artıq dörd gündür ki, Laçın yolunda davam edən dinc aksiyada iştirakçıların yeni tələb irəli sürməsi, maraqla qarşılanıb. Əsas tələb də bundan ibarətdir ki, Azərbaycanın suveren torpaqlarında  dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır.

Məsələ ilə bağlı danışan Millət vəkili Elman Nəsirov bildirib ki, gənc fəalların ekoloji terrora yox deməsi və heç nədən qormayaraq öz haqqlarını tələb etməsi təqdirəlayiq bir addımdır:
“Əsas tələb general mayor Volkovla görüş idi. Hələ ki, o da görüşdən yayınır. Yəqin ki, demeyə sözü yoxdur. Çünki onların və sülhməramlıların gözü qarşısında Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismar edilməsi prosesi gedib. Etiraf etməlidirlər ki, bir də belə addım atmayacaq, birbaşa öz funksiyalarının icrası ilə məşğul olacaqlar. Ancaq biz hələ bunu görmürük. Aksiya iştirakçılarının yeni tələb irəli sürməsi anlaşılandır. Bizim dövət qurumlarının təmsilçiliyi ilə bağlı məsələlər də gündəmə gəlir. Burda bir nömrəli məsələ onunla bağlıdır ki, hanısı səbəbdən başlayıbsa , o səbəb də aradan qalxsın.
Azərərbaycan dövlət qurumlarının Ağdərə ərazisindəki bizim təbii sərvətlərimizin talan edilməsi ilə bağlı monitorinq aparmaq, real vəziyyəti qiymətləndirmək istiyirdi və ona imkan verilmədi. Birinci tələb budur. Bunun ardına ikincı tələb o olmalıdır ki, 10 noyabr razılaşmasının dördüncü bəndinə yenidən baxılsın. Həmin bəndin bir hissəsi icra edilib və Rusiya sülhməramlıları Qarabağa gəlib. Amma ikinci hissəsi icra edilmir. Yəni Rusiya sülhməramlıların gəlişi ilə əlaqədər olaraq qeyri-qanuni erməni silahlı qüvvələri torpaqlarımızdan çıxardılmalı idi. Çıxarılmamağından bu proseslər başlayıb. Biz nəticəylə mübarizə aparırıq. Heç kim təminat vermir ki, bu məsələ öz həllini tapandan sonra iki ay , üç ay sonra növbəti təxribatlar baş verməyəcək.  Çünki orda qeyri-qanuni silahlı erməni qüvvələri, əli silahlı ermənilər var. Bu məsələ həllini tapmasa biz yeni-yeni təxribatlarla üz-üzə qalacağıq. Bu yanaşma belə olmalıdır. Dördüncü bənd ya tam icra edilməlidir. Edilmirsə bu bənd bizə lazım deyil. Həmin bənd icra edilmədikdə Rusiya sülhməramlılarına da ehtiyyac qalmır. Əsas məsələ dördünc bəndin işlək hala gətirilməsi və yaxu da ondan imtina edilməsidir. Bu bizim şüarımızdır”.
Gundelik-Baku.Org