“FaceApp”la özünü yeniyetmə qızlara oxşatdı

“FaceApp”la özünü yeniyetmə qızlara oxşatdı
Müğənni Türkan Vəlizadə son paylaşımı ilə müzakirə yaradıb.  
OLAY yazır ki, buna səbəb ifaçının çəkdirdiyi selfiyə “FaceApp”la müdaxilə etməsi olub. İfaçının üzünə tətbiq etdiyi müxtəlif toxunuşları onun yeniyetmə kimi görünməsi ilə nəticələnib. 
Vəlizadə sözügedən fotonu izləyiciləri ilə bölüşərək bu şərhi yazıb: “Qışın soyuğu ürəyimizin istiliyinə təsir edə bilməz”.
Onun üz cizgilərindəki dəyişiklik diqqət çəkib və izləyicilər tərəfindən sorğulanıb.  Türkan isə müzakirələrin qarşısını almaq üçün sözügedən paylaşımda şərh bölməsini bağlayıb.

Gundelik-Baku.Org