“Allahım, ömür-gün yoldaşımı qoru!”

“Allahım, ömür-gün yoldaşımı qoru!”
32 yaşına qədəm qoyan müğənni Azad Şabanov ad günü paylaşımı edib.
Sənətçinin sosial media hesabında yazdığı arzular diqqət çəkib:
“Bu il ad günümü unudulmaz edən hər bir amilə çox şükür. Allahım, valideynlərimizi, ömür-gün yoldaşımı, evimin nurunu, zərif qızımı, balaca balalarımızı, əzizlərimizi! Sağlamlıq olsun! Amin!
Xoşbəxtəm ki, bu gün öz adi insan həyatımı yaşayıram, qüsurlarım varsa, çox şükür! Təki mənə onları göstərən, məni sevən adamlarım olsun yanımda! Məni böyüdən siz oldunuz. Allahım, sənə çox şükür! Məni düz yol ilə yönəlt, yanımda ol, səni sevirəm!”.

Gundelik-Baku.Org