Şəhid atası başçıdan GİLEY EDİR - MÜRACİƏT

Şəhid atası başçıdan GİLEY EDİR - MÜRACİƏT
Qobustan rayonu Ximilli kəndinin sakini Mustafayev Eyvaz Qoşqar oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilkir:
"Mənim hazırda 87 yaşım var. 2017- ci ildən ev almişam, 2018- ci ildən qeydiyyatdayam. Əmək veteraniyam, təqaüdçüyəm, şəhid atasıyam. Taxil səpmək üçün icarəyə torpaq sahəsi götürməyə görə 2018-ci ildən bu günə qədər aidiyyatı üzrə müraciətlər eləmişəm, ancaq müraciətlərimə əməl etməyiblər. Bu il avqstun 15-i Qobustan rayon icra başcisinin qəbulunda olmuşam. Göstəriş verdi ki, torpaq verin şəhid atasına,taxil səpmək üçün.Kəndin rəhbərləri həll etmədilər 1 ay gözlədim sentyabrn 12-si təkrar bir də başçının qəbulana getdim və qəbul etdi.Köməkcisinə göstəriş verdi ki, get yerində həll et. İcranin köməkcisi kəndə gəldi məni dəvət etdi kənd icra nümayəndəliyi də, yerli bələdiyyə də raziliğini bildirdilər. 4 hektar bələdiyə köməkcisinə dedi ki get yeri göstər. Pirsahad çayinin yaninda ən axrinci sərhəddə, tullantı yerdə mənə yer göstərdilər. İcra başçısının köməkçisi Eldar məni apardi 300 metr aralı və dedi ki, həmin yerdi 2 hektar yarimdi. Mən sonra ölüçdürdum həmin yer 1.5 hektara qədərdi. Lakin mənə göstərilən yeri şumlamaq üçun yol olmadığından nə traktor, nə də kambayn getmir . 4 il süründürməçilikdən sonra bir Şəhid atasi kimi mənə göstərilən bu mədəniyyətsizliyi özümə təhqir sayiram. Və dövlət başçısından xahiş edirəm ki, Qobustan rayonundakı məmurlarınız mən - Şəhid atasını, əmək veteranını, təqaüdçünü açıq aşkar məsxərəyə qoyurlar, rəsmən dolayırlar, yaxşı yerlərin hamısını özlərinə götürüb taxıl əkir, yerdə qalanını isə kənar şəxslərə satırlar. Mənə isə heç kimə lazım olmayan, qobu-qandaqlı uzaq bir yeri 4 ha adı ilə əvvəl 2.5 ha kimi vermək istəyirlər. Amma faktiki 1.5 ha yerdir. Bir sözlə, icra başçısının köməkçisi Eldar da, kənd icra nümayəndəsi də, bələdiyyə də hamısı yalançıdırlar. Başda İcra başçısı olmaqla bu adamlar öz əməllərindən utanmalıdırlar ki, məni kimi yaşlı bir şəhid atasını araya qoyurlar, Məsxərə edirlər, artislik edirlər. Xahiş edirəm məmurlarınıza başa salın ki, şəhid ailəsini oğlum Akifin qanı tökülmüş bir parça torpağa görə 4 il yollarda süründürməzlər. Bu yaramaz hərəkətləri nə insanlığa, nə müsəlmançılığa , nə də vicdanı olan məmura yaraşmaz.
Qeyd edim ki, 1994 ci ilde Fizuli rayonun Alxanlı kəndi urunda 12-si yanvarda torpağin müdafiəsi uğrunda Oğlum Mustafayev Akif Eyvaz oğlu şəhid olub. Bakı şəhərində oğumun adını əbədiləşdirmək üçun küçə adı verilib və xatirə lövhəsi vurulub".
Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri dia.az olaraq dinləməyə hazırıq....
Gundelik-Baku.Org