Müğənni Gülşən hakim qarşısına çıxacaq

Müğənni Gülşən hakim qarşısına çıxacaq
İmam Hatip tərəfdarlarının ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 3 ilə qədər həbs cəzası alan Gülşənin məhkəməsi sabah İstanbul 11-ci Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 
Qeyd edək ki, məşhur müğənni  aprelin 30-da İstanbul Ataşehirdə verdiyi konsertdə "Daha əvvəl İmam Hatipdə oxumuşdu, azğınlığı oradan gəlir" kimi ifadələr işlədib. Gülşənin bu sözlərindən sonra İstanbul Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb və o, istintaq çərçivəsində əvvəlcə tutularaq həbsxanaya göndərilib. Daha sonra isə "iqamətgahı tərk etməmək" şərti ilə sərbəst buraxılıb. 
Gundelik-Baku.Org