"Barselona" növbəti mərhələdə

"Barselona" növbəti mərhələdə
İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Yunion Deportivo Barbastro” “Barselona”nı qonaq edib.
Matç 2:3 hesabı ilə katalonların xeyrinə başa çatıb.
18-ci dəqiqədə Fermin Lopez Martin hesabı açıb. 51-ci dəqiqədə Rafinya qonaqların üstünlüyünü artırıb. 60-cı dəqiqədə Adria de Mesa fərqi birə endirib. 88-ci dəqiqədə Robert Levandovski penaltini dəqiq yerinə yetirərək “Barsa”nın üstünlüyünü növbəti dəfə gücləndirib. 90+3-cü dəqiqədə isə Mark Prat penaltini qola çevirərək hesabdakı fərqi azaldıb. Lakin bu, aşağı liqa təmsilçisinə kömək etməyib - 2:3.
Gundelik-Baku.Org