“Lokomotiv”in sabiq prezidenti: “Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu düşünmürəm”

“Lokomotiv”in sabiq prezidenti: “Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu düşünmürəm”
“Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu düşünmürəm”.

Bunu Rusiyanın “Lokomotiv” klubunun sabiq prezidenti Nikolay Naumov “Rusfootball.info” saytına açıqlamasında Miodraq Bojoviçin “Neftçi”nin baş məşqçi postuna təyinatına münasibət bildirərkən deyib.

Futbol funksioneri Azərbaycan klubunun 55 yaşlı mütəxəssis üçün yaxşı variant olduğunu düşünür: “Neftçi” məşhur klubdur. Hesab edirəm ki, Azərbaycanın ən güclüsüdür. Bu komandanın bizim klublarla oyunları yadımdadır. Ona görə də düşünürəm ki, bu, Bojoviç üçün yaxşı variantdır”.

Nikolay Naumovun fikrincə, monteneqrolu mütəxəssis Bakı klubunda uzun müddət çalışmayacaq: “Onun təyinatının “Neftçi” üçün uğurlu olub-olmayacağını, işinin orada necə alınacağını indidən demək olmaz. Əvvəlki komandalarında hər şey qaydasında olub, amma bir-iki ildən sonra vəziyyət dəyişib. Buna rəğmən, tanınmış mütəxəssisdir. Görək necə olacaq”.

Qeyd edək ki, “Neftçi” ötən gün Miodraq Bojoviçlə 1.5 illik (1 il+ 6 ay) müqavilə imzalayıb.
Gundelik-Baku.Org