“Sumqayıt” Azərbaycan Premyer Liqasının tarixinə düşdü

“Sumqayıt” Azərbaycan Premyer Liqasının tarixinə düşdü
Azərbaycan Premyer Liqasının XVIII turunda “Səbail”lə qarşılaşan “Sumqayıt” yubiley qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ölkə çempionatlarında 100-cü dəfə qalib gəlib.
1:0 hesablı qələbə Sumqayıtın eyniadlı təmsilçisinin 382-ci matçına təsadüf edib. 2011-ci ildən Premyer Liqada oynayan komanda 62 dəfə evdə, 38 dəfə səfərdə üç xal qazanıb.
“Sumqayıt”ın ilk uğuru 2011-2012-ci illər mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “gənclik şəhəri” təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə əldə edən 12-ci komandadır.
Gundelik-Baku.Org