Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında son oyununu keçirəcək.

C Liqasının 3-cü qrupunda mübarizə aparan yığma Bakıda Farer adaları kollektivini qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Matçı İsveçdən olan FIFA referisi Lovisa Yohansson idarə edəcək. Onun köməkçiləri Kamilla Stendal və Yilan Taher olacaq. Dördüncü hakim funksiyasını isə Maral Mirzai Beni yerinə yetirəcək.

Bu qrupun digər oyununda isə Kipr seçməsi səfərdə Monteneqronun qonağı olacaq.

Qeyd edək ki, beş turdan sonra 13 xalı olan Azərbaycan millisi 13 xalla həm qrup liderliyini, həm də B Liqasına vəsiqəni təmin edib. Xalı olmayan Farer adaları isə sonuncu pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

C Liqası, 3-cü qrup

5 dekabr

19:00. Azərbaycan – Farer adaları

Baş hakim: Lovisa Yohansson

Bakı, “Dalğa Arena”.
Gundelik-Baku.Org