Zədə səbəbindən 1 dəfə belə "Real"da oynaya bilməyən Arda Gülərdən xəbər var

Zədə səbəbindən 1 dəfə belə "Real"da oynaya bilməyən Arda Gülərdən xəbər var
Ardıcıl zədələr səbəbindən hələ də "Real" Madriddə debüt edə bilməyən Arda Gülər fərdi məşqlərə başlayıb.

Xarici mətbuat xəbər verir ki, İspaniya klubunun həkimləri gənc futbolçunun çoxdan gözlənilən debütünü sakit şəkildə etmək istəyirlər.

Məlumatda gənc ulduzun qayıdışı üçün dəqiq bir tarix verilməyib.

Qeyd edək ki, 18 yaşlı futbolçu bu ilin iyul ayında 20 milyon avro qarşılığında "Fənərbağça"dan "Real madrid"ə transfer olunub. Oyunçu bu müddət ərzində 3 dəfə zədələnib. Bir müddət öncə onun icarə əsasında yenidən "Fənər"ə qayıdacağı ilə bağlı söz söhbətlər yayılmışdı. 
Gundelik-Baku.Org