DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılmışlar.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. 
Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.
Gundelik-Baku.Org