Şabranda çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Şabranda çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması, eləcə də narkotik xassəli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Günəşov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 332 qram narkotik vasitə olan marixuana və 12 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ramil Günəşovun barəsində həbs qətimkan tədbiri seçilib.


Gundelik-Baku.Org