Salyanda maşın aşdı - Xəsarət alanlar var

Salyanda maşın aşdı - Xəsarət alanlar var
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sarvan kəndi ərazisində baş verib.  Belə ki, minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində  Sarvan kənd sakinləri Abışova Gülşən, Abışova Xanım, Abışzadə Eşqin və Abışov Amil xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəzanın baş vermə səbəbləri araşdırılır. 
Gundelik-Baku.Org