Bakıda məktəbli faciəvi şəkildə öldü

Bakıda məktəbli faciəvi şəkildə öldü
Bakıda məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
2008-ci il təvəllüdlü Bayramov Tunar Rəşad oğlunu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə o həyatını itirib.
Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən yeniyetmə Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.
Gundelik-Baku.Org