Bəraət alaraq məhkəmə zalından buraxıldı

Bəraət alaraq məhkəmə zalından buraxıldı
Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Ramin Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Faiq Qəniyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham kifayət qədər dəlil və sübutlarla öz təsdiqini tapmayıb.
Hökmə əsasən, R.Rəhimova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, Ramin Rəhimov hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Gundelik-Baku.Org