Evləndikdən 3 dəqiqə sonra boşandılar

Evləndikdən 3 dəqiqə sonra boşandılar
Küveytdə cütlük evləndikdən 3 dəqiqə sonra boşanmaq qərarına gəlib.
Xarici media xəbər verir ki, bu Küveyt tarixində ən qısa evlilik hesab olunur.
Mərasimdən dərhal sonra bəy arvadını büdrədiyi üçün “axmaq” adlandırıb. Qız əsəbiləşərək nikahı pozmaq üçün hakimin yanına gedib. Nəticədə cütlük ər-arvad elan edildikdən üç dəqiqə sonra Küveytdə boşanıb.
Qeyd olunub ki, kişi toy mərasimindən dərhal sonra onu alçaltdığı üçün qız çox əsəbiləşib və hakimdən nikahı  pozmasını tələb edib. Hakim razılaşıb və toydan üç dəqiqə sonra nikahı ləğv edilib.
Cütlük nigah evini ər-arvad kimi tərk edə bilməyib. Buna görə də Küveyt tarixində ən qısa evlilik hesab olunur.
Sosial şəbəkə istifadəçiləri qadına dəstək olub və onun düzgün hərəkət etdiyini bildiriblər. Xüsusən də internetdə yazıblar ki, kişi əvvəldən özünü belə aparırsa, onu tərk etmək daha yaxşıdır.
Gundelik-Baku.Org