14 yaşlı qız Bakıdan Masallıya qaçırıldı

14 yaşlı qız Bakıdan Masallıya qaçırıldı
Bakıda 14 yaşlı qız qaçırılıb.
Eminova Mirvari Tofiq qızı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı - 2009-cu il təvəllüdlü qızı M.N-nin yaşadıqları evdən naməlum istiqamətdə gedib bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.
Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.
Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.
Gundelik-Baku.Org