Abşeronda mebel salonu yandı

Abşeronda mebel salonu yandı
Abşeronda mebel salonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 200 m² olan talvarın altına yığılan 2 m³ taxta materialları, “DT-130” markalı traktorun kabina hissəsi, bitişik ümumi sahəsi 1800 m² (hər mərtəbəsi 900 m²) olan ikimərtəbəli mebel salonunun 1-ci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisində 1 ədəd dolab 2 m² sahədə yanıb.
Qeyd edilib ki, salonun, traktorun qalan hissəsi, talvar və taxta materialları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org